22 C
Baku
Friday, September 27, 2024

ABŞ Ukrayna poladına tətbiq edilən gömrük rüsumlarını ləğv edib

ABŞ Ukraynanın polad və polad məhsullarına tətbiq edilən gömrük rüsumlarını ləğv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko feysbukda bildirib.

“Söhbət Tramp administrasiyası tərəfindən 2018-ci ildə tətbiq edilən 25%-lik tariflərin dayandırılmasından gedir”, – Sviridenko qeyd edib.

Baş nazirin müavininin qeyd etdiyi kimi, bu məhdudiyyətlərin ləğvi ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilib.

Qeyd edək ki, Avropa İttifaqı Ukrayna ilə ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını müzakirə edir. “Ukrmetallurqprom”da qeyd edildiyi kimi, bu qərarın qəbulu ölkə iqtisadiyyatının bərpasına kömək edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər