9 C
Baku
Sunday, November 17, 2024

ABŞ Ukrayna taxılının ixracı üçün əlverişli yollar tapıb

ABŞ Rusiyanın taxıl müqaviləsindən çıxmasından sonra Ukrayna taxılının ölkənin ərazi suları və quru yolu ilə ixracı üçün marşrutlar tapıb.

Bunu ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin rəhbəri Ceyms O’Brayen deyib.

Onun sözlərinə görə, yaxın aylarda Vaşinqton Ukraynadan ixracın müharibədən əvvəlki həcminə qayıtmaq niyyətindədir.

“Düşünürəm ki, biz Ukrayna ərazi suları və qurudan keçməklə əlverişli marşrutların olduğunu görürük və qarşıdakı bir neçə ay ərzində Ukraynadan müharibədən əvvəlki ixraca qayıtmağı hədəfləyirik”, – O’Brayen bildirib.

Son xəbərlər
Digər xəbərlər