ABŞ administrasiyası Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ marşrutlar üzərində işləyir.
Bu barədə Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.
Onun sözlərinə görə, Vaşinqton alternativ yollar – quru, çay, dəniz üzərində işləyir. O, bu variantların Qara dəniz Taxıl Təşəbbüsünü tam əvəz edə biləcəyinə əminliyini ifadə etməyib.
Öz növbəsində, Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Rusiya tərəfi ilə bağlı razılaşmalar yerinə yetirilərsə, ölkəsi Qara dəniz Taxıl Təşəbbüsünə qayıtmağa hazır olacaq.