22 C
Baku
Thursday, October 3, 2024

ABŞ Ukrayna üçün növbəti humanitar yardım paketini elan edib

ABŞ Ukrayna üçün növbəti humanitar yardım paketini elan edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“ABŞ Rusiyanın Ukraynaya qarşı əsassız və qəddar müharibəsindən zərər çəkənlərə dəstəyinin bir hissəsi olaraq Ukrayna xalqı üçün əlavə 205 milyon dollar humanitar yardım ayırır. ABŞ regiondakı beynəlxalq və qeyri-hökumət tərəfdaşları vasitəsilə Ukrayna xalqına ərzaq, təhlükəsiz içməli su, mühafizə xidmətləri, təhsil, hüquqi yardım, sığınacaq, səhiyyə və sair daxil olmaqla vacib dəstək verir”, – Dövlət Departamentinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2023-cü maliyyə ilində Ukraynaya göstərilən humanitar yardımın ümumi həcmi 605 milyon dollardan çoxdur. 2022-ci ilin fevralından bəri ABŞ həm Ukrayna daxilində, həm də regionda Ukrayna xalqına 2,1 milyard dollardan çox humanitar yardım göstərib.

Son xəbərlər
Digər xəbərlər