18 C
Baku
Sunday, September 8, 2024

ABŞ Ukrayna üçün növbəti yardım paketini elan edəcək

ABŞ Ukrayna üçün növbəti yardım paketini elan edəcək.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Ceyms Kleverli ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni yardım paketi iyunun 21-də Londonda keçiriləcək Ukraynanın bərpasına dəstəklə bağlı konfransda açıqlanacaq.

“Prezident Bayden bəyan edib ki, biz nə qədər vaxt lazımdırsa, Ukraynanın yanında olacağıq və ölkələrimiz buna sadiqdir. Sabah elan edəcəyim növbəti əhəmiyyətli yardım paketi vasitəsilə də göstəririk ki, biz bu öhdəliyi yerinə yetirməyə davam edəcəyik”.

Qeyd edək ki, iyunun 21 və 22-də London Ukraynanın bərpası konfransına ev sahibliyi edəcək. Həmin konfransda 60-dan çox ölkədən 1000-dən çox xarici rəsmi, biznes rəhbərləri və qlobal investorlar iştirak edərək Ukraynanın bərpasına köməklik yollarını müzakirə edəcəklər.

Son xəbərlər
Digər xəbərlər