ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.
Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə mətbuat katibi Con Kirbi bildirib.
“Yaxın günlərdə yeni təhlükəsizlik yardımı ilə bağlı açıqlamalar olacaq”, – deyə o bildirib.
Kirbi yardımın həcmini və tərkibini açıqlamayıb.