ABŞ Ukrayna və digər ölkələri dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) 500 milyon dollar ayırıb.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Vəsait enerji və ərzaq təhlükəsizliyinə, nəqliyyat infrastrukturuna investisiyalara, kənd təsərrüfatı istehsalçılarının və ixracatçılarının birbaşa maliyyələşdirilməsinə, əhalinin ən həssas təbəqələrinə, o cümlədən qaçqınlara yardıma yönəldiləcək.