26 C
Baku
Saturday, July 27, 2024

ABŞ Ukraynadakı diplomatlarını Polşaya təxliyə edib

Rusiya Prezidenti Vladimir Putin “DXR” və “LXR”in müstəqilliyinin tanınması haqqında fərman imzaladıqdan sonra ABŞ Dövlət Departamenti Ukraynadakı səfirlik əməkdaşlarını fevralın 21-ində gərginlik riski fonunda Polşaya təxliyə edib.

Banker.az xəbər verir ki, “Təhlükəsizlik məqsədilə hazırda Lvovda yerləşən Dövlət Departamentinin əməkdaşları Polşada gecələyəcəklər”, – açıqlamada deyilir. Amerikalı diplomatlar sərhədə yaxın hoteldə qalacaqlar və Ukraynada vəziyyətin sabitləşdiyinə qərar verilsə, fevralın 22-si geri qayıda biləcəklər.

Xatırladaq ki, bundan əvvəl ABŞ öz səfirliyini Kiyevdən Lvova köçürmüşdü.

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra vətəndaşlara müraciət edib. O, qan, zorakılıq və qanunsuzluq yoluna qədəm qoyanların qarşısını almaq üçün “LXR” və “DXR”in suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini bildirib. Müraciətdən dərhal sonra prezident Kremldə “LXR” və “DXR”in tanınması haqqında fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər