8 C
Baku
Sunday, November 17, 2024

ABŞ Ukraynadakı diplomatlarının ailə üzvlərini təxliyə edir

ABŞ Rusiyanın hərbi əməliyyatlara başlamaq təhlükəsi ilə bağlı Ukraynadakı səfirlik işçilərinin ailə üzvlərinin təxliyəsinə başlamağı əmr edib.

Banker.az xəbər verir ki, ölkə həmçinin öz dövlət işçilərinə Ukraynanı könüllü olaraq tərk etməyə icazə verib. Dövlət Departamenti amerikalılara Rusiya və Ukraynaya səyahət etməməyi tövsiyə edib.

“Biz bu addımla bağlı Ukrayna hökuməti ilə məsləhətləşmişik və Kiyevdəki müttəfiq səfirliklərlə işimizi koordinasiya etmişik”, – deyə mesajda bildirilib.

ABŞ-ın Kiyevdəki səfirliyi bəyanat yayıb ki, “Rusiya hərbi əməliyyatları hər an başlaya bilər. Və ABŞ hökuməti belə bir fövqəladə vəziyyətdə Amerika vətəndaşlarını təxliyə edə bilməyəcək”.

Vurğulanır ki, ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirəcək, müvəqqəti işlər vəkili Kristina Kvien isə Ukraynada qalacaq. Bİldirildiyi kimi, səfirlik işçilərinin ailə üzvləri istisna olmaqla Ukraynada ABŞ-ın 180-a yaxın vətəndaşı işləyir.

Son xəbərlər
Digər xəbərlər