ABŞ Ukraynadakı hərbi əməliyyatlarda Belarusun rolundan narahatdır

ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında Belarusun rolundan narahatdır, Vaşinqton Kiyevlə sıx təmaslarını davam etdirir.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Biz çoxdandır Belarusun bu münaqişədəki rolundan narahatıq. Biz Rusiya Federasiyasının, o cümlədən Belarusdakı qüvvələrin birləşdirilməsini yaxından izləməyə davam edirik. Biz bunu etmişik, edəcəyik və Ukrayna ilə sıx təmasda qalacağıq”, – deyə o, Rusiya prezidenti Vladimir Putinin Minskə səfərini şərh edərkən deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər