1 C
Baku
Thursday, February 9, 2023

ABŞ Ukraynadakı “referendumlar”la bağlı qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim etmək istəyir

Amerika Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı qətnamə qəbul edilə bilməyəcəyi təqdirdə, “DXR”, “LPR”, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendumların” qiymətləndirilməsi məsələsini BMT Baş Assambleyası qarşısında qaldırmaq niyyətindədir.

Bunu çərşənbə axşamı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

“Əgər Rusiya Təhlükəsizlik Şurasında özünü müdafiə etmək qərarına gəlsə, o zaman biz Baş Assambleyaya müraciət edərək, Moskvaya aydın mesaj göndərəcəyik”, – deyə o bildirib.

ABŞ və Albaniya Rusiyaya qarşı ittihamlarla yuxarıdakı regionlarda “referendum”la bağlı qətnamə layihəsi hazırlayıb.

Yaxın günlərdə bununla bağlı səsvermənin keçiriləcəyi gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X