13 C
Baku
Tuesday, May 7, 2024

“ABŞ Ukraynadakı vəziyyətdən qazanır” – Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynadakı müharibə barədə danışıb.

Diplomat Ukraynada yaranmış vəziyyətə görə ABŞ-ı günahlandırıb.

“Təhlükəsizlik qarantiyaları ilə bağlı dialoqun bərpasından danışmaq sadəlövhlük olardı. Qərb hələ ki buna hazır deyil. ABŞ Ukrayna ətrafındakı vəziyyətdən yaxşı qazanır. ABŞ-ın Ukraynaya münasibətdə atdığı addımlar Kiyevin Rusiya ilə dialoqa qayıtmaq perspektivlərini önləmək istiqamətindədir”, – deyə Ryabkov bəyan edib.

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücum etməsi ilə başlayan müharibə davam etməkdədir. Rəsmi Moskva Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər