ABŞ və onun müttəfiqləri müsadirə olunmuş Rusiya aktivlərinin münaqişədən sonra Ukraynanın bərpası üçün necə istifadə oluna biləcəyini nəzərdən keçirir.
Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Konqresin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmələrdə deyib.
“Biz G7-dəki müttəfiqlər və tərəfdaşlarla bu məsələ üzərində işləyirik. Hazırda müsadirə edilmiş Rusiya aktivlərinin əksəriyyəti ABŞ-da deyil. Bu səbəbdən, atacağımız hər hansı addımın müttəfiqlərlə məsləhətləşmələr əsasında aparılması vacibdir. Biz bu aktivlərin harada olduğunu daha dəqiq müəyyən etməyə çalışırıq”, – nazir bildirib.