11 C
Baku
Thursday, April 17, 2025

ABŞ Ukraynanın dövlət borcunu azaltmağa razılaşıb

Ukrayna və ABŞ arasındakı danışıqlardan sonra rəsmi Vaşinqton Ukraynanın dövlət borcu kimi tanıdığı məbləği 300 milyarddan 100 milyard dollaradək azaltmağa razılaşıb.

Bu barədə “Bloomberg“ nəşri yazıb.

Bununla belə, rəsmi Vaşinqton hələ də Ukraynanın malik olduğu aktivlər, habelə faydalı qazıntıların hasilatı və infrastruktur layihələrindən əldə edilən gəlirlə bağlı razılaşmanın imzalanmasında israr edir.

ABŞ-ın təklifinə əsasən, yaradılacaq xüsusi fonda yönəldiləcək bu vəsait sonradan Ukraynanın bərpasında istifadə olunacaq.

Xatırladaq ki, rəsmi Kiyev sözügedən məbləğin hərbi yardım olaraq rəsmiləşdirilməsini istəyir.

Mənbə APA
Son xəbərlər
Digər xəbərlər