ABŞ iyunun 1-də Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib, Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd olunur ki, bu, ABŞ-ın Ukraynaya göstərdiyi on birinci yardım paketidir.
Paketə raket sistemləri, radar stansiyaları, helikopterlər, nəqliyyat vasitələri və tank əleyhinə silahlar daxildir. Rəsmi məlumata görə, Vaşinqton Kiyevə əvvəllər gətirilən avadanlıqların ehtiyat hissələrini də verəcək.