7 C
Baku
Saturday, December 28, 2024

ABŞ Ukraynaya daha $1.25 mlrd. hərbi yardım ayırır

Co Bayden administrasiyası gələn həftənin əvvəlində Ukraynaya yeni hərbi yardım paketi ayırmaq niyyətindədir. “Associated Press”ə verilən məlumata görə, onun məbləği 1.25 milyard dollar təşkil edəcək.

Yardım paketinə hərbi sursat, o cümlədən NASAMS və HAWK zenit-raket sistemləri daxil olacaq. Kiyevə həmçinin “Stinger” portativ hava hücumundan müdafiə sistemi üçün raketlər, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri göndəriləcək. Yardım paketinin bazar ertəsi, dekabrın 30-da elan ediləcəyi gözlənilir.

Amerika mətbuatının bildirdiyinə görə, Co Bayden administrasiyasının Pentaqonun ehtiyatlarından silahların ötürülməsi proqramı çərçivəsində Ukraynaya qalan 5.6 milyard dollarlıq yardımın hamısını xərcləməyə vaxtı olmayacaq. ABŞ prezidenti bu həftənin əvvəlində Müdafiə Nazirliyinə silah tədarükünü artırmağa davam etməyi tapşırıb.

Son xəbərlər
Digər xəbərlər