12 C
Baku
Monday, November 25, 2024

ABŞ Ukraynaya $100 mln. əlavə hərbi yardım ayırır

ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun Kiyevə 100 milyon dollar məbləğində əlavə hərbi yardım paketi ayıracağını açıqlayıb. Bu barədə ABŞ hərbi departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Onun sözlərinə görə, paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq. “100 milyon dollarlıq yardım paketinə “Stinger” yer-hava raketləri, bir ədəd HIMARS reaktiv yaylım atəşi sistemi və əlavə döyüş sursatları daxildir. Vaşinqton həmçinin Kiyevə 3 milyondan çox atıcı silahın döyüş sursatı, maneələri aşmaq üçün döyüş sursatları, soyuq hava şəraiti üçün avadanlıq, ehtiyat hissələri, texniki xidmət ləvazimatları və digər yardımçı avadanlıqlar göndərir.

Paketin bir hissəsi kimi Ukraynaya əvvəlki maliyyə illərində təhvil verilməsinə icazə verilmiş silahların tədarük ediləcəyi dəqiqləşib.

ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, yeni hərbi yardım paketi Ukraynanın təcili ehtiyaclarını ödəməyə kömək edəcək. Eyni zamanda, Amerika xarici siyasət departamentinin rəhbəri ABŞ Konqresini Kiyevə dəstək üçün əlavə tədbirlər görməyə, ilk növbədə ABŞ prezidenti Co Baydenin əlavə büdcə ayırmaları tələbini təsdiqləməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər