Ağ Ev Ukraynaya 2 milyard dollarlıq yardım paketini təsdiq edib, bu barədə ölkənin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib. “Biz Ukraynanın döyüş meydanında uğur qazanması üçün lazım olan hər şeyi təmin etməyimizə əmin olmaq üçün vəziyyəti yaxından izləyəcəyik”, – mütəxəssis söyləyib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“CNN” bildirib ki, bu paket avadanlığın birbaşa ABŞ ehtiyatlarından göndərilməsini nəzərdə tutmur, lakin onun istehsalçılardan sifariş edilməsini nəzərdə tutur və bu formatda yardımın çatdırılması daha uzun çəkə bilər. Xüsusilə, Kiyev HIMARS raketləri, bir neçə növ pilotsuz təyyarələr və onlarla mübarizə aparan avadanlıq alacaq. Bu, bir ayda ikinci yardım paketidir.