2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukraynaya 20 mlrd. dollar yardım edib

ABŞ-dan Ukraynaya birbaşa büdcə dəstəyinin ümumi məbləği 20 milyard dolları ötüb, Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink bildirib.

Onun sözlərinə görə, Vaşinqtondan Kiyevə verilən daha 1.25 milyard dollarlıq qrant yardımın ümumi həcmini 20 milyard dollara çatdırır.

İyulun 30-da bildirilib ki, Ukraynanın 2023-cü il büdcəsinin maliyyələşdirilməsinə daxil olan bütün vəsaitin demək olar ki, yarısı xaricdən alınıb. Parlamentin büdcə komitəsinin sədri Roksolana Pidlasın sözlərinə görə, 2023-cü ilin əvvəlindən Qərbin respublikaya büdcə yardımı 25.3 milyard dollar təşkil edib.

Bundan əvvəl Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib ki, Kiyev hakimiyyəti Konqreslə danışıqlar aparır və bu, 2024-cü ilin büdcəsi üçün daha çox maliyyə vəsaiti ilə nəticələnməlidir.

Son xəbərlər
Digər xəbərlər