“ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım göstərib və rəsmi Kiyevə dəstəyini davam etdirəcək”.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.
“İndiyədək Ukraynaya 20 milyard dollardan çox yardım göstərmişik. Bununla bağlı bəyanatlarımızı eşitmisiniz, Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyik”, – o vurğulayıb.