ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə həmin ölkəyə 225 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.
O bildirib ki, yeni paket ordunun silah-sursat, eləcə də hərbi texnika ilə təchizatına sərf olunacaq.
Ağ Evə yaxın mənbələrdən bildirilib ki, bu məbləğə Ukrayna Silahlı Qüvvələrinin HIMARS, artilleriya sistemləri və minaatanlar, eləcə də hava hücumundan müdafiə sistemlərinin alınması da nəzərdə tutulur.
O da bildirilib ki, görüş zamanı Vladimir Zelenski ordunun zirehli nəqliyyat vasitələrinə ehtiyacı ilə bağlı məsələni Baydenin diqqətinə çatdırıb. Öz növbəsində Ağ ev rəhbəri Ukraynanın Hərbi Dəniz Qüvvələrinin patrul gəmiləri ilə də təmin olunacağını söyləyib.
Ukrayna liderinin Baydendən Rusiya ərazisinə zərbələrin endirilməsi ilə bağlı icazə istəyəcəyi də bildirilir.
Müşahidəçilərin fikrincə, V. Zelenskinin qaldıracağı daha bir məsələ isə Xarkovun Rusiya ordusunun hücumlarından etibarlı müdafiəsinin təşkilində dəstəklə bağlı olacaq.