10 C
Baku
Saturday, November 23, 2024

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni silah partiyası ayırıb

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya 275 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasını təqdim etdiyini açıqlayıb.

Bu barədə ABŞ-nin baş diplomatının yazılı bəyanatında qeyd olunub.

Bildirilib ki, bu paketə, xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Javelin” və AT-4 tank əleyhinə idarəolunan raket, tank əleyhinə minalar, kimyəvi, bioloji və radiasiyadan qorunma dəstləri daxilir.

Blinken vurğulayıb ki, bu yeni silah partiyasının buraxılması Vaşinqtonun Kiyevə “Rusiyanın Xarkovdakı hücumunu dəf etməyə” kömək etmək səylərinin bir hissəsidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər