9 C
Baku
Sunday, November 17, 2024

ABŞ Ukraynaya $3.9 milyard məbləğində qrant ayırıb

Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3.9 milyard ABŞ dolları məbləğində qrant alıb.

Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları, sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək”, – o qeyd edib.

Şmıqalın sözlərinə görə, bu, 2024-cü ildə ABŞ-nin birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Ümumilikdə Ukrayna bu il ABŞ-dən 7.8 milyard ABŞ dolları büdcə yardımı alacaq.

D. Şmıqal bildirib ki, bu, Ukraynaya cari maliyyə dövrünü inamla keçməyə imkan verəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər