Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardım elan edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytındakı press-relizdə deyilir.
“Bu qərar ABŞ-ın Rusiyanı dəf etmək üçün qəhrəmancasına səylərini dəstəkləmək məqsədilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ bu günə qədər Ukraynaya təhlükəsizlik yardımı üçün artıq 2,3 milyard dollardan çox, o cümlədən Rusiya işğalı başlayandan sonra 1,6 milyard dollardan çox vəsait ayırıb.