22 C
Baku
Friday, September 20, 2024

ABŞ Ukraynaya 322 milyonluq hərbi yardım ayıracaq

ABŞ-ın dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı Ukraynaya təxminən 322 milyon dollarlıq hərbi yardımın ayrılacağını açıqlayıblar. Həmçinin bu həftə ABŞ Prezidenti Co Bayden Ukraynaya səfir təyin etmək niyyətindədir. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Blinken və Ostin Kiyevə aprelin 24-ü səfər ediblər. Onlar bildiriblər ki, Ukraynanı hərbi əməliyyatlar başlamazdan əvvəl tərk etmiş amerikalı diplomatlar bu həftə ölkəyə qayıtmağa başlayacaqlar. Eyni zamanda ABŞ-ın Kiyevdəki səfirliyi də hələki bağlı olacaq.

ABŞ rəsmiləri həmçinin bəyan ediblər ki, Ukrayna və ABŞ-ın 15 müttəfiqi 713 milyon dollar hərbi maliyyə alacaq. Təxminən 322 milyon dollar Kiyevə ayrılacaq, qalanı isə NATO üzvləri və Ukraynanı hərbi təchizatla təmin edən digər ölkələr arasında bölüşdürüləcək.

Qeyd olunur ki, Co Bayden ABŞ-ın Ukraynadakı səfiri vəzifəsinə Bridjit Brinkin namizədliyini irəli sürəcək. Vaşinqtonun 2019-cu ildən bəri Kiyevdə diplomatik nümayəndəsi yoxdur. Xanım Brik hazırda ABŞ-ın Slovakiyadakı səfiridir. Agentlik aydınlaşdırır ki, cənab Bayden qərarını bu gün, aprelin 25-i açıqlayacaq.

Dövlət katibi və Pentaqonun rəhbərinin səfəri fevralın 24-də Rusiya hərbi əməliyyatlarının başlamasından sonra ABŞ-ın yüksək rütbəli rəsmilərinin Ukraynaya ilk səfəri olub. Blinken və Ostin Kiyevdə prezident Vladimir Zelenski ilə də görüşüblər. O, ABŞ-dan silahlanma və təhlükəsizlik zəmanəti ilə bağlı yardım gözlədiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər