29 C
Baku
Sunday, June 16, 2024

ABŞ Ukraynaya $600 milyonluq yeni yardım paketini elan edəcək

ABŞ bu həftə Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Bu barədə mənbələrə istinadən “Politico” məlumat yayıb.

Bildirilir ki, Pentaqon bu yaxınlarda Konqresə sentyabrda 1,3 milyard dollar məbləğində vəsaitə sərəncam vermək səlahiyyətindən istifadə edəcəyi barədə məlumat edib.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər