12 C
Baku
Sunday, November 24, 2024

ABŞ Ukraynaya 7.5 milyardlıq büdcə yardımı edib

ABŞ Ukraynaya 7,5 milyard dollar həcmində birbaşa büdcə dəstəyi verəcək.

Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink bildirib.

“Ukraynanın Rusiya təcavüzündən müdafiə olunmasına və Ukraynanın möhkəmliyinə, eləcə də bərpasına kömək etmək üçün işləməyi səbirsizliklə gözləyirəm. 7,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi ilə biz Ukraynanın güclü qalmasını təmin edəcəyik”, – deyə diplomat “Twitter” hesabında yazıb.

Qeyd edək ki, may ayında ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 40 milyard dollarlıq yardım haqqında qanunu imzalamışdı.

 

 

Son xəbərlər
Digər xəbərlər