9 C
Baku
Thursday, November 28, 2024

ABŞ Ukraynaya $725 mln. məbləğində yeni hərbi yardım paketi ayırır

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım köçürmək niyyətindədir. Onun sözlərinə görə, yeni paketə tank əleyhinə silahlar, dronlar, minalar, daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS), o cümlədən HIMARS üçün döyüş sursatları daxildir.

“Reuters”in həmsöhbəti aydınlıq gətirib ki, silahlar ABŞ silahlı qüvvələrinin anbarlarından götürüləcək. Amerika administrasiyasının Ukraynaya piyada əleyhinə minaların tədarükünə icazə verməsi faktı noyabrın 20-də məlum olub.

Daha əvvəl “Politico” yazmışdı ki, cənab Bayden gizli şəkildə Konqresdən Ukraynaya yardım və Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar ayrılmasına razılıq verməsini istəyib.

Bir gün əvvəl dövlət katibi Entoni Blinken təsdiqləmişdi ki, Co Bayden 2025-ci ildə müharibənin davam etdirilməsi üçün Kiyevi lazımi vəsaitlə təmin edəcək. Dəfələrlə Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp gələn ilin yanvarında vəzifəsinin icrasına başlayacaq.

Son xəbərlər
Digər xəbərlər