28 C
Baku
Saturday, August 13, 2022

ABŞ Ukraynaya 800 mln. dollarlıq növbəti maliyyə dəstəyini elan edəcək

Müttəfiqlərin hərbi sahə üzrə artırdığı dəstək NATO-nu müxtəlif istiqamətlərdə – quru, dəniz və havada daha da gücləndirir.

Bu barədə ABŞ Prezidenti Co Bayden NATO-nun Madrid Sammitinin yekunlarına dair brifinqdə bildirib.

“Biz bir daha bəyan edirik ki, NATO Nizamnaməsinin 5-ci maddəsi müqəddəsdir: birinə hücum, hamıya hücum deməkdir və biz NATO ərazisinin hər santimetrini müdafiə edəcəyik. Biz ABŞ olaraq dediklərimizi edirik. ABŞ NATO çərçivəsində Avropa qitəsində öz hərbi mövcudluğunu gücləndirir”, – Bayden əlavə edib.

O qeyd edib ki, ABŞ Ukraynanın Rusiyaya qarşı özünümüdafiə müharibəsində ona dəstək verir və öz tərəfdaşlarını Ukraynanın yanında olmağa təşviq edir.

Bayden xatırladıb ki, ABŞ müdafiə naziri Lloyd Ostin 50 ölkədən olan müttəfiqləri ilə birgə Ukraynaya dəstək paketi üzərində işləyib, bununla bağlı görüşlər keçirib. O, ABŞ-ın Ukraynaya artilleriya, tank, havadan müdafiə sistemləri göndərdiyini vurğulayaraq bu dəstəyin davam etdiyini diqqətə çatdırıb.

Bayden deyib ki, ABŞ Ukraynaya göstərilən dəstəyə görə liderdir: “Mən ofisə gəldiyim gündən bəri biz Ukraynanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsi üçün 7 milyard dollara yaxın maliyyə dəstəyi vermişik. Qarşıdakı günlərdə 800 milyon dollar dəyərində növbəti maliyyə dəstəyini elan edəcəyik. Bura silah-sursat, artilleriya, zərbəyə qarşı radar sistemləri, raket sistemləri və s. daxildir”.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər