ABŞ Ukraynaya dəstək üçün 350 milyard dollar xərcləyib.
Bu barədə ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderləri ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz Ukraynaya 350 milyard dollar xərcləmişik. Əslində, bu xərcləri etməməli idik, çünki bu müharibə ümumiyyətlə baş verməməli idi. Avropa isə 100 milyard dollardan çox vəsait sərf edib. Bu vəziyyət əksinə olmalı idi”, – Tramp vurğulayıb.