10 C
Baku
Tuesday, November 26, 2024

ABŞ Ukraynaya daha $200 mln. hərbi yardım ayırır

Co Bayden administrasiyası çərşənbə axşamı, avqustun 8-də Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək. Bu, keçmiş paketlərdən silahların dəyərinin yenidən qiymətləndirilməsinin bir hissəsi kimi ayrılır. Pentaqon daha əvvəl etiraf etmişdi ki, xərclər 6.2 milyard dollardan artıq göstərilib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Reuters”in məlumatına görə, yeni paketə “AT-4”, “TOW” və “Javelin” tank əleyhinə raket kompleksləri, minalardan təmizləmə avadanlıqları, “Patriot” zenit-raket kompleksləri üçün döyüş sursatları, GMLRS raketləri, digər döyüş sursatları və atıcı silahlar daxildir. Vəsait Pentaqonun ehtiyatlarından köçürüləcək.

Agentliyin məlumatına görə, Ağ Ev Ukraynaya yardım üçün Konqresə yeni büdcə müraciəti üzərində işləyir.

Xatırladaq ki, iyulun sonunda ABŞ Ukraynaya NASAMS və HIMARS silah sistemləri üçün sursat daxil olmaqla 400 milyon dollarlıq hərbi yardım paketi elan edib. Həmçinin iyul ayında Kiyevə 1.3 milyard dollarlıq yardım paketi ayrılıb.

Son xəbərlər
Digər xəbərlər