25 C
Baku
Saturday, July 27, 2024

ABŞ Ukraynaya daha 44.9 mlrd. dollar ayıra bilər

ABŞ Konqresi 2023-cü maliyyə ili üçün 1.7 trilyon dollarlıq büdcə layihəsini qəbul edib. “Reuters” agentliyinin məlumatına görə, bu layihə Ukrayna və NATO müttəfiqlərinə 44.9 milyard dollar yardımın ayrılmasını nəzərdə tutur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Senatorlar qanun layihəsini təsdiqləməyə və imzalanmaq üçün prezident Co Baydenə göndərməyə tələsirlər. Buna baxmayaraq, demokratlar və respublikaçılar arasındakı mübahisələr səbəbindən bu hələ baş verməyib.

ABŞ hökuməti 2022-ci il oktyabrın 1-dən başlayan 2023-cü maliyyə ili üçün yekun büdcəni müzakirə edir. Əvvəlcə Ağ Ev Kiyevə 38 milyard dollar yardım ayırmağı planlaşdırıb. Eyni zamanda, büdcə layihəsinə milli müdafiə haqqında qanun da daxil edilib.

Son xəbərlər
Digər xəbərlər