5 C
Baku
Wednesday, January 15, 2025

ABŞ Ukraynaya daha 500 mln. dollar hərbi yardım ayırıb

ABŞ Ukraynaya daha 500 milyon dollar hərbi yardım ayırıb, bu barədə ölkənin dövlət katibi Entoni Blinken bildirib. Departamentinin yaydığı bəyanatda deyilir ki, yardım paketi yeni sursat, tank və PUA əleyhinə silahlarla yanaşı, bioloji, kimyəvi və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqların Ukrayna tərəfinə ötürülməsini nəzərdə tutur.

Xatırladaq ki, dekabrın 8-də Pentaqon Ukraynaya 988 milyon dollar məbləğində “əhəmiyyətli yeni təhlükəsizlik yardımı paketi” elan edib. Bildirilib ki, vəsait HIMARS raket sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatı, o cümlədən artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və təmiri üçün avadanlıq və ehtiyat hissələrinin alınmasına yönəldiləcək.

Antoni Blinken qeyd edir ki, cənab Bayden gələn il də Ukraynanı müharibəni davam etdirilməsi üçün lazım olan hər şeylə təmin edəcək. Hərbi idarənin bildirdiyinə görə, söhbət bu məqsədlər üçün ayrılan 9 milyard dollardan gedir. Bundan əlavə, ABŞ Ukraynanın 4.65 milyard dollarlıq dövlət borcunun bir hissəsini silə bilər.

Son xəbərlər
Digər xəbərlər