28 C
Baku
Saturday, July 27, 2024

ABŞ Ukraynaya “Excalibur” üçün idarə olunan raketlər verməyi planlaşdırır

ABŞ Ukraynaya “Excalibur” haubitsaları üçün idarə olunan raketlər verməyi planlaşdırır.

“Politico” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın növbəti hərbi yardım paketlərində “Excalibur” haubitsaları üçün idarə olunan mərmilər də yer alacaq.

Qeyd edək ki, ABŞ Ukraynaya 775 milyon ABŞ dolları dəyərində hərbi yardım təqdim edib. Yardıma HIMARS üçün hərbi sursat, 16 105 m-lik haubitsalar+hərbi sursatlar, 15 “ScanEagle” PUA-sı, 40 “MaxxPro” avtomobili, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, 50 Yüksək Hərəkətli Çoxməqsədli Nəqliyyat Vasitəsi HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle), 1500 tankəleyhinə idarəolunan raket, 1,000 “Javelin” raketi və digər avadanlıqlar daxildir.

 

 

Son xəbərlər
Digər xəbərlər