ABŞ Ukraynanı F-16 qırıcıları ilə təmin etmək imkanını təkzib etmir.
Bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinqh bildirib.
Onun sözlərinə görə, Vaşinqton heç bir silah tədarükünü nəzərdən keçirməkdən imtina etmək niyyətində deyil. Eyni zamanda, o, Ukraynaya yeni hərbi yardım paketlərinin ayrılmasını açıqlamayıb.