12 C
Baku
Saturday, November 23, 2024

ABŞ Ukraynaya G7-nin ümumi kreditinin 20 milyard dollarını verməyə hazırdır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası “Yeddilik Qrupu”nun (G7) üzvlərinin Ukraynaya vermək niyyətində olduğu ümumi kredit məbləğinin 40%-ni ayırmağa hazırdır.

Söhbət 20 milyard dollardan gedir. Digər 20 milyardı Avropa ölkələri, 10 milyardı isə G7-nin qalan üzvləri verəcək.

Vəsaitin necə bölüşdürüləcəyi ilə bağlı rəsmi açıqlama oktyabrın 25-də G7 ölkələrinin maliyyə nazirləri tərəfindən veriləcək.

Bütün lazımi razılaşmalar hələ əldə olunmayıb və Bayden administrasiyası Konqres üzvləri və Ukrayna rəhbərliyinin nümayəndələri ilə borcun ödənilməsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər