18 C
Baku
Wednesday, May 29, 2024

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb

ABŞ-nin Ukraynaya hərbi yardımı dayanıb.

Bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb.

“Göstərdiyimiz yardım hazırda dayandırılıb”, – deyə Kirbi vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketi ayırıb. 2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib. Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar amerikan sərhədlərin mühafizəsinə daha çox maliyyə tələb edirlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər