ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirib ki, ABŞ Ukrayna hökumətinə ayda 1,5 milyard dollar göndərmək niyyətindədir. Onun sözlərinə görə, Vaşinqton dörd-beş ay ərzində bu dəstəyi verəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Dövlət katibinin köməkçisi izah edib ki, Kiyev hakimiyyətinə birbaşa dəstək prezident Co Baydenin administrasiyasının prioritetlərindən biridir.
Derek Hoqan həmçinin ABŞ-ın G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyinə söz verib. Onun sözlərinə görə, hazırda bu sahədə işlər aparılır.