14 C
Baku
Saturday, November 23, 2024

ABŞ Ukraynaya hərbi yardım üçün 800 milyon dollar ayırmağı planlaşdırır

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü üçün 800 milyon dolların daxil olduğu 2023-cü il hərbi büdcəsini təsdiqləyib.

Bu barədə təqdimatı komitənin saytında dərc olunan 2023-cü maliyyə ili üçün Milli Müdafiə Qanununda deyilir.

Qanun Ukraynaya birbaşa yardımdan əlavə, ABŞ-ın Ukraynaya aktiv şəkildə tədarük etdiyi “Stinger” insan daşına bilən zenit sistemlərinin və “Javelin” tank əleyhinə raket komplekslərinin istehsalına 2,7 milyard dollar ayrılmasını nəzərdə tutur.

Eyni zamanda, Pentaqonun keçmiş mətbuat katibi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, hazırda ABŞ daha bir əlavə hərbi yardım paketi planlaşdırmaq üçün heç bir səbəb görmür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər