12 C
Baku
Wednesday, March 12, 2025

ABŞ Ukraynaya hərbi yardımı bərpa edib

ABŞ Səudiyyə Ərəbistanında danışıqlar zamanı verdiyi vədi yerinə yetirərək Ukrayna ordusuna hərbi yardımı bərpa edib.

Bu barədə Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa öz “Facebook” səhifəsində məlumat verib.

“Razılaşmalar həyata keçirilməyə başlayır. Mübarizə davam edir!”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla Ağ Evdə jurnalistlərin qarşısında mübahisəsindən sonra ABŞ Ukraynaya silah tədarükünü dayandırmışdı.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər