ABŞ-nin Ukraynaya hərbi yardımı dayanıb.
Bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb.
“Göstərdiyimiz yardım hazırda dayandırılıb”, – deyə Kirbi vurğulayıb.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketi ayırıb. 2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib. Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar amerikan sərhədlərin mühafizəsinə daha çox maliyyə tələb edirlər.