ABŞ ilk dəfə Ukraynaya “Sea Sparrow” zenit raketləri göndərəcək.
Bu barədə məlumatı “Politico” yayıb.
Məlumata görə, sözügedən raketlər ABŞ-nin Ukraynaya yeni yardım paketinə daxildir.
Bildirilir ki, bu raketləri qanadlı raket və yaxud təyyarələri zərərsizləşdirmək üçün həm dənizdən, həm də qurudan buraxmaq mümkündür.