ABŞ ilk dəfə Ukraynaya “Sea Sparrow” zenit raketləri göndərəcək.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, raketlər ABŞ tərəfindən bu gün elan olunacaq yardım paketinə daxildir. Yardım paketinə, həmçinin “Bradley” piyada döyüş maşınları və “Patriot” hava hücumundan müdafiə sistemlərinin daxil edildiyi bildirilir.
Radarla idarə olunan RIM-7 “Sea Sparrow” raket sistemləri Amerika gəmilərində raketdən müdafiə üçün istifadə olunur. Lakin Ukrayna hərbçiləri bu raketləri qurudan buraxa biləcəklər.