ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff münaqişə başa çatdıqdan sonra Ukrayna iqtisadiyyatının bərpasının maliyyələşdirilməsi məqsədilə investisiya şirkəti “BlackRock” və onun rəhbəri Larri Fink ilə əməkdaşlıq etdiyini bildirib.
“Gələcəyə dair ortaq baxışımız Ukrayna xalqı üçün möhtəşəm perspektivlər açır. Bu təşəbbüs çərçivəsində biz BlackRock şirkəti ilə əməkdaşlıq edirik və əminik ki, layihəmiz Ukraynanın gələcəyi üçün son dərəcə mühüm olacaq”, — deyə cənab Uitkoff Parisdə keçirilən “istəkli ölkələr koalisiyası” sammitinin mətbuat konfransında bildirib.
Ötən ilin iyulunda “Bloomberg” agentliyi xəbər vermişdi ki, “BlackRock” ilin əvvəlindən Ukraynanın bərpası fondunda iştirakdan imtina edib. Bu qərar ABŞ prezidenti Donald Trampın qələbəsi fonunda və ABŞ-nin Ukraynadan “məyus olması”ndan sonra qəbul olunub.





