9 C
Baku
Thursday, December 12, 2024

ABŞ Ukraynaya nüvə silahı verməkdən imtina etdi

ABŞ və tərəfdaşları Ukraynanı nüvə silahı ilə təmin etməyəcək. Bunu BMT Təhlükəsizlik Şurasının iclasında Amerikanın təşkilatdakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib. Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında nüvə silahının ölkəyə qaytarılmasına işarə edib.

Banker.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-i ruslara müraciətində deyib ki, Ukraynanın sovet mirası, eləcə də Qərbin texnoloji dəstəyi sayəsində nüvə dövlətinə çevrilməsi digər ölkələrdən daha asan olacaq.

Lakin Qərb Kiyevə nüvə ölkəsi statusunun qaytarılmasında kömək etməyə hazır deyil. “Bizim və tərəfdaşlarımızın Ukraynaya nüvə silahı vermə niyyəti yoxdur”, – deyə Amerikanın BMT-dəki nümayəndəsi vurğulayıb.

Fevralın 19-u Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın nüvə silahından imtinasını nəzərdə tutan Budapeşt Memorandumu çərçivəsində məsləhətləşmələrə başlayacağını bəyan edib.

2021-ci ilin dekabrında Belarusun xarici işlər naziri Vladimir Makey bildirmişdi ki, NATO-nun təhdid etdiyi təqdirdə Minsk Rusiya nüvə silahlarını öz ərazisində yerləşdirə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu açıqlamaya münasibət bildirib və vurğulayıb ki, silahlar ölkə sərhədləri yaxınlığında yerləşdirilərsə, Moskva vəziyyəti tarazlaşdırmaq üçün addımlar atacaq.

Son xəbərlər
Digər xəbərlər