ABŞ Ukraynaya qırıcı təyyarələrin verilməsinin mümkünlüyünü araşdırır. Lakin bu barədə qərar hələ ki, qəbul edilməyib.
Bunu ABŞ-ın müdafiə nazirinin müavini Kolin Kol bildirib.
“Hazırda bu məsələyə baxılır, lakin yekun qərar qəbul edilməyib. Vaşinqtonun prioriteti budur ki, Ukrayna arsenalında olan təyyarələrdən istifadə edərək münaqişənin gedişatına təsir göstərə bilsin” – deyə Kol vurğulayıb.