16 C
Baku
Wednesday, May 22, 2024

ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

ABŞ Ukraynanın müharibə aparmaq və ərazilərini azad etmək üçün lazımi silahlara malik olmasını təmin etməsi məqsədilə səylərini davam etdirəcək.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“ABŞ-ın mövqeyi dəyişmir, 6 ay əvvəl olduğu kimi qalır. Biz Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, – o deyib.

Qeyd edək ki, C.Sallivan ABŞ-ASEAN və Şərqi Asiya ölkələri Sammitində iştirak etmək üçün Kambocada olan ölkə Prezidenti Co Baydeni müşayiət edir. Ağ Ev rəhbəri oradan G20 sammitində iştirak etmək üçün İndoneziyaya gedəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər