6 C
Baku
Wednesday, January 15, 2025

ABŞ Ukraynaya sovet tanklarının verilməsini məqsədəuyğun hesab edir

ABŞ hökuməti indiki şəraitdə Ukraynaya Qərb deyil, sovet tanklarının verilməsini məqsədəuyğun hesab edir.

Bunu ABŞ müdafiə nazirinin köməkçisi Lora Kuper mətbuat konfransında bildirib.

“Biz tamamilə razıyıq ki, Ukraynanın tanka ehtiyacı var… Sürətli təchizat baxımından ən sadə variant sovet modeli tankların verilməsidir. Bu tankları ukraynalılar artıq istismar edirlər. Ən əsası isə onları təmir etməyi bacarırlar, ehtiyat hissələri mövcuddur. Qərb modeli tanklarla bağlı əsas problem texniki xidmət və təchizatla bağlıdır” – deyə Kuper vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər