ABŞ Dövlət Departamenti Ukraynaya “Starlink” peyk rabitə xidmətlərinin göstərilməsi və bununla bağlı avadanlıqların satışını təsdiqləyib.
Məlumatı Pentaqonun Xarici Hərbi Satışlar üzrə Təhlükəsiz Əməkdaşlıq Agentliyi yayıb.
Sazişin dəyəri 150 milyon dollar məbləğində qiymətləndirilir.
Qeyd edilir ki, bu addım Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə xidmət edəcək.
ABŞ administrasiyası artıq qərarla bağlı Konqresi də rəsmi şəkildə məlumatlandırıb.