ABŞ ordusu Ukraynaya 40 km məsafəni 20 dəqiqəyə qət edə və daha 20 dəqiqə hədəfin görünməsini gözləmək üçün havada qala bilən, “Javelin” döyüş başlığına malik “Switchblade 600” kamikadze dronların tədarükü üçün müqavilə bağlamağa hazırdır.
Pentaqonun sözçüsü Cessika Maksvell pilotsuz uçuş aparatlarının istehsalçısı olan “AeroVironment” şirkəti ilə 10 döyüş sursatı üçün müqavilənin bağlanmasının yaxın 30 gün ərzində olacağını bildirib.
“Onlar Rusiya sistemlərinin əhatə dairəsindən kənarda işə salına və Rusiya infrastrukturuna zərər verə bilər”, – Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) ştatdankənar baş əməkdaşı Samuel Bendett söyləyib.